EN

Orxan "Uzgen"də üçüncü qolunu vurdu

Qırğızıstan premyer-liqasında 17-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı hücumçu Orxan Əliyev bu turda da fərqlənməyi bacarıb

Onun çıxış etdiyi “Uzgen” evdə “Alqa” komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 27-ci dəqiqədə penalti zərbəsindən Orxan vurub. Bu, onun iyul ayından bəri üçüncü qoludu.

“Uzgen” 25 xalla 7-ci pillədə qərarlaşıb.

Chosen
16
football-plus.az

1Sources