Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şairin doğulduğu Şəkidə ilin əvvəlindən başlayan silsilə tədbirlər davam etmkdədir.
Bu gün də Şəkinin mərkəzində şairin büstü önünə tər-çiçəklər düzüləcək, şəhərin “Yuxarı baş” məhəlləsində şairin ev-muzeyində müxtəlif anım tədbirləri təşkil olunacaq.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi nəşriyyat kitabı və yüzlərlə məqalələrin, müasir də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
O, 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu