EN

İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi

Bakı. Trend:

İranın mövqeyi həmişə Azərbaycan və Ermənsitan arasında sülhüdəstəkləmək olub.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçiyerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta İran iki ölkə arasında sülhünyaranmasına çalışıb. Lakin İran istənilən formada əcnəbi müdaxiləyəqarşı olub və bunun mənfi nəticələrə səbəb olacağını bildirib.İranın nigaranlığı ilə əlaqədar Ermənistan İranı arxayın edib.

Araqçi bildirib ki, ABŞ prezidenti Donald Trampın iştirakı iləAzərbaycan və Ermənistan arasında imzalanan bəyanatda qeyd olunubki, regionun sərhədləri dəyişilməzdir. Region ölkələrininmüstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılır. Bu isə İranınmövqeyi ilə tam üst-üstə düşür.

“Bir sıra tərəflər var ki, bir müddətdir İranın Azərbaycanlamünasibətlərini korlamağa çalışırlar. İndi də İranın Ermənistanlamünasibətlərini korlamağa çalışırlar”, - deyə o qeyd edib.

Chosen
31
50
az.trend.az

10Sources