Gəncədə yaşayış evindən 16 yaşlı oğlanın meyiti tapılıb.
Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərdən birində baş verib. 2009-cu il təvəllüdlü N.Səfərovun yaşadığı evdən meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Məlumata əsasən, N.Səfərov 9-cu sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info