EN

Şamaxıda polis 15 yaşlı qıza nişan mərasimi keçirilməsinin qarşısını aldı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Şamaxıda yetkinlik yaşına çatmayan qızın nişan mərasiminin qarşısı alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Şamaxı Rayon Polis Şöbəsinə rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
30
oxu.az

10Sources