EN

“Kəpəz” afrikalı yarımmüdafiəçi transfer etdi

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" növbəti transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Donaldın son klubu Belarus təmsilçisi BATE olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
64
50
bizim.media

10Sources