EN

Tovuzda baş verən zəlzələnin təkanları Ermənistanda da hiss edilib

ain.az bildirir, Milli.az portalına istinadən.

Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonu ərazisində baş verən zəlzələ qonşu Ermənistanda da hiss olunub.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tavuş vilayətinə aid Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
25
news.milli.az

10Sources