EN

XİN Pakistandakı daşqınlarla bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda qeydə alınan daşqınlarla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında edilən paylaşımda deyilir:

“Pakistanın şimal hissəsində daşqınların törətdiyi faciəvi insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin vaxtda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir”.

Qeyd edək ki, Pakistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 321 nəfərə çatıb.

Chosen
108
5
qafqazinfo.az

10Sources