EN

VƏTƏN UĞRUNDA QƏHRƏMANLIQ, İGİDLİK VƏ ŞÜCAƏT GÖSTƏNLƏR HEÇ VAXT UNUDULMUR!

 

Qurbanov Ənvər Bayrış oğlu da belələrindən biridir.

Ənvər Qurbanov 1964-cü ilin 20 noyabrında Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində anadan olmuşdur. Səkkizillik təhsili Yuxarı Yeməzli kənd məktəbində bitirdikdən sonra peşə təhsili almaq üçün Bakı səhərinə, Bayıl qəsəbəsindəki Texniki Peşə məktəbinə daxil olub. Məktəbi bitirərək istisası üzrə işə başlayıb.
Sovet hökumətinin dünyaya meydan oxuduğu illərdə Səbail rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan Ənvərin qismətinə Almanıyada ciddi rejimli hərbi hissədə xidmət etmək düşür. O vaxtlar yeganə əlaqə vasitəsi aylarla yol gələn məktublar idi. İlk dövrlər bir neçə məktubunu alan valideynləri övladlarının sağ-salamat hərbi xidmətini başa vurub, vədəsi çatanda qayıdacağı ümidi ilə onun adına qurbanlıq da bəsləyirdilər.

Onlar hardan biləydilər dünyanın qəzavü-qədərini, fələyin amansız işləklərini, əzrayılın heç kimə acımadan yarıda qoyduğu əsgərin nakam ömrünün də olacağını.

1983-cü il avqustun 16-sında ömrünə qənim kəsilən əzrayıl Almaniyada sovet qoşunları sıralarında hərbi tapşırığı yerinə yetirərkən Ənvərin də həyatına qıydı. Gənc əsgər xidməti vəzifəsini icra edərkən Vətəndən uzaqlarda dünyasını dəyişərək şəhid oldu.

“Acı xəbərin ayağı yüyrək olar”- deyiblər. Bu xəbərə isə heç kim inanmadı. Nə ata-ana, nə qardaş-bacı, nə qohum-əqraba. Yalan olacağı ümidi ilə bütün əzizləri iztirablı ağır günlər keçirdilər. İnanılmazdı... gülərüz, mehriban, canlı-cəsədli, ağıllı-kamallı bir oğulun ölümünə inanılmazdı əlbəttə.

Taleyin qisməti, qədəri bura qədərmiş. O, vaxtın ciddi qaydaları ilə şəhidin nəşi valideynlərinə təhvil verildi. Hərbiçilərin iştirakı ilə Zəngilan rayonu Yuxarı Yeməzli kəndinin Sofular qəbristanlığında, Ənvərin ulu babalarının və ağır seyid ocaqlarının sakinlərinin uyuduğu yerdə təmtəraqlı şəkildə dəfn olundu.

Vətən uğrunda, Vətənin hər şeydən əziz saydığımız tapşırığı, hərbi xidmətini yerinə yetirərkən qəriblikdə Şəhid oldu - Ənvər Bayrış oğlu Qurbanov.

Son 30 ildə Azərbaycanımızın başına gələn müsibətlər, torpaqlarımızın işğalı, uzun illər erməni vandalizmınə məruz qalmış ərazilərimiz, hətta tarixi abidələrimiz, qəbristanlıqlarımız darmadağın edildi.

Malın-mülkü, evin-eşiyi bir yana, əzizlərinin qəbirlərinin də qalması hamıya ağır dərd oldu. Sovet hökuməti dağılanadək Zəngilanda vətənin tapşırığını icra edərkən Almaniyada, Əfqanıstanda və digər xarici ölkələrdə həlak olmuş şəhidlər yaşadıqları yerlərin məzarlıqlarında dəfn olunurdu. İşğal illərində şəhidi düşmən əsarətində qalmış məzarını ziyarət edə bilməyən atası Qurbanov Bayrış Şirin oğlu və anası Muradova Firəngiz Allahverdi qizi Ənvər deyə-deyə oğul dərdinə,yağı düşmənlər tərəfindən işğal olmuş torpaq həsrətinə dözə bilməyərək, çarəsiz məcburi köçkün kimi dünyaların dəyişdilər.

Şükür bu günə ki, Ali baş komandan İlham Əliyevin rəhbərliyilə yenilməz ordumuz tərəfindən torpaqlarımız tam azad edildikdə, şəhid Ənvər Qurbanovun da düşmən vandalizimi ilə dağıdılmış məzarı azad oldu. 30 illik həsrətdən sonra, şəhidin ailə üzvləri və doğmaları Zəngilan rayon mərkəzindən 32 km aralıda, tam sərhəddə yerləşən Yuxarı Yeməzlinin Sofular qəbristanlığına da, Ənvərin ziyarətinə də gedərək onun məzarını ziyarət etdilər.

Müvafiq orqanların razılığı ilə qardaşları etiram edərək Ənvərin məzarını bərpa etdilər və dəfələrlə onun ziyarətində oldular.

16 avquvt qardaşımızın şəhid olduğu gündür. Min sükür olsun Allahımıza ki, həmin gün qardaşları, əzizləri onun məzarı üstünə tər ciçəklər düzərək, şəhidimizi yad etdilər.

Anım günündə Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kollektivi həmrəylik nümayiş edib, şəhid Ənvər Qurbanovun ailəsini ziyarət edərək, ailəyə və onun döğmalarına mənəvi dəstək oldular.

“ARBƏD” Fondunun prezidenti Sərraf Orucov qeyd edərək bildirdi ki, bu gün Vətənin keşiyində, ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuşların ailələrinin, müharibə əlillərinin cəmiyyətin mənəvi diqqət və qayğısına böyük ehtiyacı var.

Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Qurbanov Ənvər Bayrış oğlu da belələrindən biridir.

Qəhraman Cəsur serjant Ənvər Qurbanov Vətəndən uzaqlarda, Almaniyadakı Sovet Silahlı Qüvvələri Qrupun sıralarında ciddi rejimli hərbi hissədə xidməti zamanı beynəlmiləlçi borcunu nümunəvi əsgər kimi layiqincə yerinə yetirmişdir. Ənvər Qurbanov 16 avqust 1983-cü il tarixində hərbi xidmətin icrası zamanı ona verilmiş tapşırığı yerinə yetirib terorçu qruplaşmanı zərəsizləşərkən igidlik göstərərək cəsur əsgər kimi həlak olmuşdur.

Ənvər Qurbanov hərbi tapşırığı yerinə yetirərkən, cəsur əsgər kimi göstərdiyi igidliklərə görə ölümündən sonra Almaniya Sovet Silahlı Qüvvələri Qrupun (QSVQ) Ali Komandanlığı tərəfindən “Vətənin müdafiəsinə hər an hazır olan”, “Vətənin müdafiəsi” medalları və fəxri ad ilə təltif olunmuşdur.

“ARBƏD” Fondunun Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev, “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov və digər məclis iştirakçıları çıxış edərək Ənvər Qurbanovun ailəsinə və doğmalarına bildirdilər ki, Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümunəsi kimi, dərin ehtiramla yad ediləcəkdir.

Çıxış edənlər vurğuladılar ki, Vətən uğrunda qurban gedən şəhidlər və bu barədə minlərlə yazılarda şəhid məqamı haqda çoxlu fikirlər var. Dövlət tapşırığının icrası zamanı harda olmağından asılı olmayaraq, xidməti vəzifəsini yerinə yetirib vətənin müdafiəsi, milli məslək və əqidənin qorunması, elm qazanmaq üçün uzaq səfərlərə, islam dünyasının qibləgahlarını ziyarətə gedərkən dünyasın dəyişənlər hamısı Şəhiddir.

Daha sonra Ənvər Qurbanovun ailəsinin varisi kimi onun xatirəsini əziz tutub yaşatdığına görə Ənvər Qurbanovun böyük qardaşı Qurbanov Sərvər Bayrış oğlu nümunəvi igid və cəsur döyüşçü hərbiçi ailəsi kimi Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun və “Regional Münaqişələr və Xususi Təyinatlı Bölmə Əlilləri” Təşkilatının Fəxri Fərmanları ilə təltif edildi.

Şəhid Ənvər Qurbanovun aillə üzvülərindən ailənin ata əvəzi böyük qardaşı Sərvər Qurbanov, Qardaşları Sərvər, Şirin, Nizami, Müşfiq Qurbanov, Bacıları Maya, Raya, Zəminə Qurbanova və əmiləri, bibiləri çıxış edərək, şəhid ailələrinə, həmçinin Qərib ölkədə şəhid olmuş Ənvər Qurbanovu xatırladıb ona dəyər verdib göstərilən diqqət-qayğıya və mənəvi dəstəyə görə, “ARBƏD”- Fondunun kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

Şəhid Ənvər Qurbanova və onun atası Bayrış Qurbanova, anası Firəngiz Muradovaya Allah rəhmət eləsin, yerləri cənnət, ruhları şad olsun.

Vətən ugrunda həlak olmuş bütün Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə, veteranlarımıza və bu gün Vətənimizi qoruyan hərbiçilərimizə sağlamlıq, uzun ömür arzulayırıq.

 
Chosen
24
50
azreform.info

10Sources