EN

Cəlilabaddakı dəhşətli ailə dramının DETALLARI: Qadını “dilini kəsəcəm” deyə hədələyirmiş - VİDEO

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Alar kəndində dəhşətli ailə dramı yaşanıb. 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşı, 1977 təvəllüdlü Firdovsinin həyat yoldaşı – 1963-cü il təvəllüdlü Rəbiyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub.

Artıq son günlər Təhmasib qadını “dilini kəsəcəyəm” deyə hədələyirmiş.
 

Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.


Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib.

Qatil pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.

Bildirilir ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.
 

Həmçinin tərəflərin ikiqat qohum olduğu bildirilir. Yəni, qətli törətməkdə şübhəli sayılan Təhmasibin bacısı həmdə qətlə yetirilən qadının qardaşının həyat yoldaşıdır.


Bu səbəbdən də hadisə hər iki ailəni dərindən sarsıdıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
68
36
bizim.media

10Sources