EN

Elin Süleymanov Bakı və İrəvanın sülhə doğru növbəti addımlarından danışıb - Britaniyanın "Times Radio"suna müsahibə

Bakı. Trend:

Otuz il ərzində, hələ Azərbaycan və Ermənistan müstəqillik əldəetməmişdən əvvəl xalqlarımız uzun sürən münaqişəyə qarışıb. Bəli,aktiv faza 1994-cü ildə başa çatdı, ardınca 2020-ci il müharibəsivə 2023-cü ilin xüsusi əməliyyatı gəldi. Amma bizim bir-birimizhaqqında təsəvvürümüzü formalaşdıran məhz bu onilliklər oldu. Bugün bizim keçmişi arxada qoymaq, münaqişədən kənara çıxmaq vənəhayət, əvvəldən olmalı olduğumuz qonşu və tərəfdaş olmaq üçünreal imkanımız var. Hesab edirəm ki, bu son dərəcə vacibdir.

Trend-inməlumatına görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri ElinSüleymanov Britaniyanın "Times" radiosuna müsahibəsində avqustun8-də Vaşinqtonda baş tutan tarixi görüş barədə danışarkəndeyib.

"Şəxsən mən bir diplomat kimi bu qarşıdurmada iştirak etmişəm.BMT-nin Qaçqınlar Komitəsinin tərkibində çalışmışam, məcburiköçkünlərin taleyini görmüşəm. Azərbaycanda olarkən mühacirətdədoğulmuş uşaqlarla söhbət etmişəm. Bu gün onların vətənəqayıtmasına ürəkdən şadam və qarşıda bizi sülh gözləyir", - səfirvurğulayıb.

Onun sözlərinə görə, bu prosesdə ABŞ prezidenti Donald Trampınxüsusi rolu var.

"Burada iki əsas amil var. Birincisi, Azərbaycan Prezident İlhamƏliyevin rəhbərliyi altında işğal altındakı torpaqları azad edəbildi və bu, münaqişənin həllində dönüş nöqtəsinə çevrildi.İkincisi, dünyada mövcud olan siyasi əhval-ruhiyyəni nəzərə alaraq,Tramp kimi təcrübəli sülhməramlı və danışıqlar aparan şəxsin olmasıvacib idi. Onun şəxsi iştirakı prosesdə ən vacib element oldu", -E.Süleymanov bildirib.

Bakı ilə İrəvan arasında münaqişənin həllində Rusiyanın rolunu,onun prosesdən “kənarda qalmasını”, eləcə də, üçtərəfli bəyanatışərh edən diplomat qeyd edib ki, bəyanat müvəqqəti xarakterdaşıyır.

"Vurğulamaq istərdim ki, hələ imzalanmamış sülh sazişi üzrədanışıqlar birbaşa Azərbaycan və Ermənistan arasında aparılıb. ABŞsazişin mətninin hazırlanmasında iştirak etməyib. Lakin liderləriAğ Evə dəvət edən və birgə bəyannamənin imzalanmasında iştirak edənprezident Tramp olub. Bundan başqa, heç kim prosesdən kənardaqalmayıb. Bundan başqa, Ermənistanın özü də Vaşinqtonda baş tutangörüşün nəticələrinən razıdır. Nikol Paşinyan Amerikateleviziyasına müsahibəsində qeyd edib ki, Moskva ilk dəfədir ki,Ermənistan və İranla birbaşa dəmir yolu əlaqəsi əldə edir.

Tramp sadəcə olaraq xüsusi təşəbbüs və şəxsi maraq göstərdi. Bəsideoloji çərçivələri bir kənara qoysaq, yaxınlıqda müharibəolmayanda, iqtisadiyyat inkişaf edəndə, Azərbaycan və Ermənistansülh şəraitində yaşayanda, regionda təhlükəsizliyə təhlükəolmayanda bu, Rusiyaya sərfəli deyilmi?”, - deyə Elin Süleymanovizah edib.

Sülh müqaviləsinin imzalanması üçün zəruri olan son addımlardandanışan diplomat əlavə edib ki, yeganə maneə Ermənistankonstitusiyası olaraq qalır və ona müvafiq düzəlişləredilməlidir.

"Fakt göz qabağındadır: sazişin mətni ilə Ermənistankonstitusiyasının müddəaları bir-birinə ziddir. Biz gözləyirik ki,ermənilər bu ziddiyyəti aradan qaldıracaq və onlarınkonstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmayan kimisülh müqaviləsi imzalanacaq. Hər iki tərəf irəliləməyə hazırdır vəbu, konmbadorun uğurunun ikinci əsas amilidir".

Chosen
35
50
az.trend.az

10Sources