Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdinin növbəti cəhdi boşa çıxıb.
Bizim.Media xəbər verir ki, karyerasını Asiya qitəsində davam etdirmək variantı yaranan İran əsilli oyunçu Malayziyadan gələn təklifi dəyərləndirə bilməyib.
Ötən mövsüm Asiya Çempionlar Liqasında yarışmış “Yohor Darul Tazim” onunla 1+1 illik bağlamağı planlaşdırırdı. Lakin tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib.
Qeyd edək ki, vaxtilə ”Neftçi”də oynamış Eddi İsrafilov 1 ildən artıqdır ki, “Yohor Darul Tazim”də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media