ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cümə günü Donald Tramp ilə Vladimir Putin arasında Alyaskada baş tutan qısa görüşdən sonra Ukraynada müharibənin dayandırılması barədə heç bir razılıq əldə olunmadı. İki liderin səmimi sözlərinə baxmayaraq, sammit gözlənilən atəşkəs əvəzinə sadəcə "Putinin piar qələbəsinə” çevrildi.
Qaynarinfo xəbər verir ki, bu sözləri "The Guardian” yazır.
Nəşr görüşdən çıxarılan 6 əsas nəticəni sadalayır:
1. Sammit faydasız oldu – heç bir razılaşma yoxdur
"Sammit məzmundan çox səhnələşdirilmə ilə yadda qaldı. Liderlər döyüşlərin dayandırılması barədə belə razılığa gələ bilmədilər, atəşkəsdən isə ümumiyyətlə söhbət getmədi”, – deyilir məqalədə.
2. Dominant Putin üçün piar uğuru
Putin görüşün qonağı olsa da, meydanda özünü ev sahibi kimi göstərdi və Trampdan daha çox təsir qazandı.
Rusiyalı lider mətbuata ilk çıxış edən tərəf oldu, bu da qısa brifinqin tonunu müəyyənləşdirdi. Sonda isə növbəti görüşü Moskvada keçirməyi təklif etdi. Tramp bundan bir qədər çaşsa da, tam istisna etmədi.
3. Putin yenə də "əsas səbəblərdən” danışdı
Putin sammit ərəfəsində Zelenskini dəstəkləyən Qərb liderlərinə xəbərdarlıq etdi ki, "sülhə maneələr yaratmasınlar”. O dedi:
"Rusiyaya görə Ukraynada baş verənlər milli təhlükəsizliyimizə fundamental təhdidlərlə bağlıdır”.
4. Trampın Putinə Zelenskidən daha yaxın olduğu hiss olundu
"The Guardian” yazır ki, fevralda Oval ofisdə Zelenskiyə qarşı sərt çıxışlarla Alyaskada Putinə qarşı nümayiş olunan isti münasibətlərin ziddiyyəti açıq görünürdü.
Kiyev üçün yeganə təsəlli o ola bilər ki, Tramp Putinin bütün tələblərini qəbul etmədi. Amma bu görüş Ukraynanı "Amerikaya arxayın ola bilərsiniz” fikrinə inandırmadı.
5. Tramp yenə daxili siyasi şikayətlərə qayıtdı
O, müsahibəsində Putinin ona ABŞ-da 2020-ci il seçkilərinin "saxtalaşdırıldığını” dediyini açıqladı.
6. Ukraynada döyüşlər davam edir
Liderlər "sülhə çalışdıqlarını” bəyan etsələr də, real vəziyyət fərqli idi. Görüş zamanı şərqi Ukraynanın bir çox bölgəsində hava həyəcanı elan edildi, Donbasda diversiya qrupları Ukrayna müdafiəsini yarıb keçdi. Eyni vaxtda Rusiya vilayətlərinin qubernatorları dron hücumları barədə məlumat verdilər.
Nəticə: Alyaska görüşünün yekunu
Tramp görüşü uğurlu göstərməyə çalışsa da, əsas nəticə aydın oldu: Kreml müharibəni dayandırmaq niyyətində deyil, hətta müvəqqəti olaraq belə.
Görüşdən sonra Tramp Zelenski və Avropa liderləri ilə yarım saatdan çox danışıb və Ukrayna prezidentini Vaşinqtona dəvət edib.
Alpər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.