EN

Azərbaycanlılar küçədə qızı qaçırıb pul tələb etdilər

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan əsilli şəxslər günün günorta çağı şəhərin mərkəzində gənc qızı avtomobillə qaçırıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, zərərçəkənin sözlərinə görə, quldurlar ondan 200 min rubl tələb edib və avtomobilini onların adına keçirməsini istəyiblər.

Quldurlar pul gətirsin deyə qızı bağlayaraq kafeyə aparmaq istəyiblər. Yolda isə ona zor tətbiq etməklə hədələyib və güllələyəcəklərini deyiblər. Qaçırılan qız bacısına olduğu yerin geolokasiyanı göstərən mesaj göndərib və bacısı polis əməkdaşları ilə birlikdə dərhal köməyə gəlib.

Cinayətkarlar həmin gün saxlanılsa da, qızın sözlərinə görə, onlar azadlığa buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
4
lent.az

6Sources