EN

Belarus daha 4 Su-30SM2 qırıcısı alır

Belarus Hərbi Hava Qüvvələrinin (HHQ) parkına ilin sonuna qədər dörd “Su-30SM2” təyyarəsi əlavə ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Andrey Lukyanoviç HHQ Gününə həsr olunmuş təntənəli tədbirdə məlumat verib.

O bildirib ki, cəmi iki gün əvvəl ən yeni Su-30SM2 təyyarələrinin növbəti partiyasını, eləcə də 12 ən yeni təyyarə, Mi-35M helikopterləri alıblar:

“Bu il də yeni aviasiya texnikasının daxil olmasını planlaşdırırıq. Bu daha dörd Su-30SM2 təyyarəsidir”.

Chosen
43
9
axar.az

10Sources