EN

Makronun sammit mesajı gündəmdə – sərt çıxışı rezonans doğurdu

  “Fransa tam şəkildə Ukraynanı dəstəkləyir”.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Alyaskada keçirilən Rusiya–ABŞ sammitindən sonra sosial media hesabında paylaşım edib.

Prezident Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etmək son dərəcə vacibdir”.

O, həmçinin ABŞ administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri alqışlayıb./globalinfo.az  

Chosen
41
50
referans.az

10Sources