EN

Viktor Orban: Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi

Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşünün iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə səbəb olacağına inanır.

“İki sahil” xəbər verir ki, bu barədə Orban "Facebook" hesabında etdiyi paylaşımda yazıb.

"İllərdir, iki ən böyük nüvə dövlətinin əməkdaşlıq çərçivələrini necə məhv etdiyini və bir-birinə təhdidlər yağdırdığını müşahidə edirdik. İndi bu sona çatdı. Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi", - deyə o bildirib.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.

Chosen
13
1
ikisahil.az

2Sources