ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlilabadın Alar kəndində 62 yaşlı qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə mülk davası üstündə baş verib.
Qətli törətməkdə şübhəli bilinən qayın, Təhmasib Əliyevin hadisəni səhər saatlarında qardaşı Firdovsi evdən gedəndən sonra törətdiyi deyilir.
Bildirilir ki, o, evin pəncərəsindən otağa daxil olaraq, qardaşı arvadı-Rəviyə Nərimanovanı yatdığı yerdə qətlə yetirib.
Qeyd olunur ki, əvvəllər də məhkumluq həyatı yaşayan 44 yaşlı T.Əliyev mülk davasına görə, son günlər gəlinlərini hədələyirmiş.
Gəlin bu barədə əvvəlcədən Biləsuvarda yaşayan doğmalarına məlumat veribmiş.
Surxay Şahbazov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.