EN

“Tərif yağışı” bir həftənin içində komandanın “evini yıxdı” - VİDEO

"Konfrans Liqasındakı təmsilçilərimizin çıxışlarından sonra belə qənaətə gəlmək olar ki, onları çox böyütmüşük.

"Araz Naxçıvan"a "Aris"lə matçlara görə o qədər tərif yağdı ki, komanda missiyanı tamamlamış ab-havasına büründü.

Nəticədə Bakıda 4, səfərdə isə 5 top fərqiylə uduzdular”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərov verilişdə Konfrans Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıran "Araz Naxçıvan"nın bu duruma düşməsindən danışıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
30
4
sportinfo.az

10Sources