EN

Pakistandakı daşqınlarda 400 nəfər həlak olub - YENİLƏNİB

Güclü yağışların səbəb olduğu qəfil daşqınlar Pakistan, Kəşmir və Nepalda 400-dən çox insanın həyatına son qoyub, çox sayda insan itkin düşüb.

Adalet.az xəbər verir ki,  bu  barədə CNN məlumat yayıb. 

Pakistanın şimal-qərbində 48 saat ərzində ən azı 321 nəfər həlak olub, yerli hakimiyyət orqanları şənbə günü bildiriblər ki, Hayber Paxtunxva əyalətinin Buner bölgəsində ondan çox kənd daşqınlar nəticəsində dağılıb.

 ***11:11

Pakistanda daşqınlar nəticəsində torpaq sürüşmələri baş verib.

Adalet.az CNN-ə istinadən xəbər verir ki,  yağışların səbəb olduğu qəfil daşqınlar 220 nəfərin həyatına son qoyub. 

Pakistanın Xeyber-Paxtunxva əyalətində helikopterin qəzaya uğraması nəticəsində beş ekipaj üzvü həlak olub. Bunun fonunda bölgədə matəm elan olunub.

Chosen
14
adalet.az

1Sources