EN

Şəkidə avtomobil ağaca çırpılıb

Şəkidə
Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
64
16
1news.az

10Sources