ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Bir nəfər ölüb, bir nəfər yaralanıb
İsveçin Örebro şəhərində məscidin yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə yerli polisin açıqlamasında qeyd edilib.
Yaşı 20-30 arasında olan daha bir kişi ağır yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Polisin məlumatına görə, cinayət cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlıdır.
Polis hadisəni törədən şəxsi axtarır. Faktla bağlı adam öldürmə, adam öldürməyə cəhd və silahdan istifadə etməklə ağır cinayət törətmə faktları üzrə araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.