EN

Rəqsanə İsmayılova həbs edilib - 520 min dollarlıq dələduzluq

Qırğızıstan Müdafiə Nazirliyinə məxsus “Mi-8” helikopteri sərt eniş edib.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Ekipaj həlak olmuş və xəsarət almış alpinistlərin təxliyəsi üçün uçuş həyata keçirirdi. Eniş yüksək dağlıq ərazidə və mürəkkəb meteoroloji şəraitdə həyata keçirilib.

Helikopterin göyərtəsində ekipaj üzvləri və təxliyə tapşırığının yerinə yetirilməsinə cəlb edilmiş dağ-xilasetmə sahəsi üzrə mütəxəssislər olub. Bütün sərnişinlər və ekipaj sağ qalıb, lakin bir neçə nəfər yüngül xəsarət alıb.

Chosen
62
avtosfer.az

1Sources