EN

Renat Dadaşov da "Motor"u xal itkisindən xilas edə bilməyib

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" növbəti dəfə xal itirib.

İdman.biz xəbər verir ki, onun komandası Polşa çempionatının 5-ci turunda "Pyast"la qarşılaşıb.

Lublin təmsilçisi öz meydanında bu mövsümdə xal qazanmayan rəqibi ilə bacarmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub. Amma təmsilçimiz də komandasını xal itkisindən xilas edə bilməyib.

Qeyd edək ki, "Motor" keçirdiyi 4 oyundan sonra 5 xal toplayıb. Növbəti turda rəqib "Korona" olacaq.

İdman.biz

Chosen
77
31
idman.biz

10Sources