EN

Rəqsanəni hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Hazırda iş üzrə ibtidai istintaqı polis aparır. Rəqsanə barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Chosen
96
7
qafqazinfo.az

10Sources