Voleybol üzrə Avropa çempionatının təsnifat mərhələsinin son matçı çərçivəsində Azərbaycan milli komandası Avstriya yığması ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Fərid Calalovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma GİN-in Voleybol Mərkəzində Avstriyanı qəbul edib. Görüşdə rəqib komanda quru hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparıb. Yarışın reqlamentinə görə qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq. Yığmamızın yer aldığı qrupda 4 görüşü qalib başa vuran Belçika millisi qrup lideri olaraq AVRO-2026-ya vəsiqə qazanıb.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
16 avqust
Azərbaycan - Avstriya 0:3 (13:25, 12:25, 18:25)