EN

Çalışacağıq ki, Veysəlin azarkeşlərlə münasibətini qaydaya salaq Kurban Berdiyev

ain.az, Fanat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 1-ci turunda Şamaxıda "İmişli"nin qonağı olan "Turan Tovuz" son dəqiqə qolu ilə qələbə qazanıb. 

Fanat.Az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında qələni belə şərh edib:

"Təxmin etdiyimiz kimi ağır oyun oldu. Rəqib yaxşı müdafiə olundu. Şükürlər olsun ki, qələbə qazandıq. 

Bəzi futbolçularımızın, məsələn, Alexandro Serrano və İbrahima Vadji komandaya gec qoşuldu. 

Niyə əsəbi görünürdüm? Məşqlərdə planlaşdırdığımız bəzi şeylər alınmırdı.

O, "sol cinah müdafiəçisi yenə də problemli mövqeyinizdir. Bu yay o mövqeyə transfer olacaqmı" sualını da cavablandırıb: "Təmas qurduğumuz oyunçular var. Hadisələri qabaqlamaq istəmirəm, amma bu mövqeyə oyunçu gətirmək istəyirik. Transfer pəncərəsi bağlanana qədər iki yeni futbolçu götürməyi planlaşdırırıq". 

Berdiyev Veysəl Rzayevin azarkeşlər tərəfindən fitə basılmasına belə münasibət bildirib: "Veysəl də bizim futbolçumuzdur. Çalışacağıq ki, Veysəlin azarkeşlərlə münasibətini qaydasına salaq".

72 yaşlı mütəxəssis çempionluq hədəflərinə də toxunub: "Bəli, qarşımıza belə bir məqsəd qoyulub və hədəfimizə çatmağa çalışacağıq".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
25
fanat.az

10Sources