EN

Özbəkistan, Azərbaycan və Avropa əməkdaşlıq toplantısı keçiriləcək

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi altındaNizami Gəncəvi Beynəlxalq Mərkəzi Özbəkistan Prezidenti yanındaStrateji və Beynəlxalq Araşdırmalar İnstitutu ilə tərəfdaşlıqçərçivəsində 33-cü Ali Səviyyəli Toplantısını təşkil edəcək.

Bu barədə Trend-əNizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Bildirilibki, “Özbəkistan, Azərbaycan və Avropa: ortaq inkişaf naminəəməkdaşlıq” toplantısı avqustun 18-20-də Daşkənd şəhərindəkeçiriləcək.

Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Mərkəzi Asiyada evsahibliyi etdiyi ilk tədbirdir. Tədbirdə 20-dən çox ölkədən sabiqdövlət və hökumət başçıları, nüfuzlu liderlər, beynəlxalqtəşkilatların nümayəndələri, eləcə də Özbəkistan rəsmiləri iştirakedəcəklər.

Dünya yeni texnoloji sərhədlərin, ekoloji çağırışların vədəyişən geosiyasi ittifaqların olduğu transformasiya dövrünə qədəmqoyarkən, dialoqu və tərəfdaşlığı təşviq edən qlobal platformalaraehtiyac daha da artır. Bu baxımdan toplantıda Mərkəzi Asiya iləAvropa İttifaqı arasında əlaqələrin gücləndirilməsində OrtaDəhlizin rolu, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar vətransregional əməkdaşlıq üçün yeni imkanlar, süni intellektingələcək regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi,müasir Özbəkistanda həyata keçirilən islahatların nəticələri vəgələcək inkişafın strateji istiqamətləri, həmçinin dəyişən dünyadaMərkəzi Asiyanın geosiyasi rolu kimi mövzular geniş müzakirəolunacaq.

Chosen
63
5
az.trend.az

10Sources