"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbərverir ki, Qərb bölgəsi təmsilçisinin baş məqşçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyun təxmin etdiyimiz kimi ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlərolsun ki, qələbə qazandıq.
- Yoxlama oyunlarında qol vurmaqda çətinlik çəkirdiz, bu gün də elə oldu. Bunu necə aradan qaldıracaqsız?
- Belə matçlar həmişə çətin olur. Bəzi gec qoşulan oyunçularımız oldu. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək.
- İlk yarıda futbolçulara çox əsəbiləşirdiz. Bunun səbəbi nə idi?
- Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi.
- Ehtiram Quliyev bildirib ki, "Turan Tovuz"un hədəfi çempionluqdur. Siz necə düşünürsünüz?
- Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz bu buna çatmaq üçün çalışacağıq.
- Ən böyük probleminizin sol ayaqlı sol cinah müdafiəçisinin olmamasını demək olar?
- Bəli,düz deyirsiz. Həmin mövqe güclənməlidir. Müəyyən təmaslarımız var. Amma hadisələri qabaqlmaq istəmirəm.
- Bundan sonra neçə transfer gözlənilir?
- Ən azı iki transfer istəyərdik. Amma görəcəyik.
- Rəhim Sadıqovun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?
- Rəhimin pis oynadığını düşünmürəm. O meydanda çox böyük iş gördü. Bu gün onun oyunundan razı qaldım.
- David Tavareşin adının matçın iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nədir?
- Təlim-məşşq toplanışındda zədələnib. Yavaş-yavaş sağalır. İnanırıq ki, o bizə kömək edəcək.
- Şəhriyar Əliyevin oynamaması nə ilə bağlı idi?
- Rqabətlə bağlıdır. Bu mövsüm komandamız daha rəqabətədavamlıdır. Kim güclüdürsə, o da oynayır.