EN

Zelenski Trampla sammitdən sonra Təfərrüatları Paylaşdı

Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında Alyaska sammitindən sonra ABŞ lideri Donald Trampla telefon danışığının təfərrüatlarını paylaşıb.O bildirib ki, Tramp ona Vladimir Putinlə apardığı əsas danışıqların məqamları barədə məlumat verib. Zelenski vurğulayıb ki, ABŞ, Rusiya və Ukrayna formatında üçtərəfli görüş ideyasını dəstəkləyir. Prezidentin fikrincə, əsas məsələlərin müzakirəsi yalnız bu yolla mümkündür.Zelenski həmçinin qeyd edib ki, bazar ertəsi günü Vaşinqtonda Donald Trampla görüşəcək və detalları müzakirə edəcək.«Avropalıların bütün mərhələlərdə cəlb olunması vacibdir ki, Amerika ilə birlikdə təhlükəsizlik etibarlı şəkildə təmin olunsun. Biz ABŞ tərəfinin Ukraynanın təhlükəsizliyinin təminatında iştirakı ilə bağlı müsbət siqnallarını müzakirə etdik», — deyə o yazıb.Ulusum.az

Diqqət Çəkənlər

Alyaskada TARİXİ AN – Tramp və Putin Ukrayna üçün üz-üzə!

Lökbatanda Binada Partlayış: Xəsarət Alanlar Var

İllər Keçdikcə Ailə: Hər Dövrdə Münasibətləri Qorumağın Yolları

Chosen
97
20
ulusum.az

10Sources