EN

Suriyanın paytaxtında güclü partlayış BAŞ VERİB

Ajans.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar. "Shafaq News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib və təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Partlayışın baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. /report.az 

Chosen
42
50
Ajans.az

10Sources