EN

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... Foto

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan şlak peyda olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ekoloji təşkilatlara dəstək verən "Şəffaf Dünya" layihəsinin iştirakçıları Teleqram kanalında məlumat veriblər.

Paylaşımda qeyd olunub ki, ləkə saat 05:43-də "Sentinel-1A" radar görüntüsündə müşahidə olunub. Onun ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. Ləkənin dəqiq sahəsi 82,5 kv. km-dir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir..

“Bu, artıq su üzərində təsadüfi çirkli zolaq deyil, Xəzər dənizinin xəritəsində bütöv bir qara ləkədir”, - "Şəffaf Dünya" bildirib.

Layihə iştirakçıları narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz sadəcə olaraq buna tab gətirməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
26
axar.az

10Sources