EN

Arıqlamaq üçün smuzi istifadə edin – Budur, çox az bilinən, amma təsirli bir inqrediyent

Smuziyə sadəcə bir çay qaşığı çia toxumu əlavə etməklə siz həm enerji artımı, həm də arıqlama dəstəyi əldə edə bilərsiniz. Bu kiçik toxumlar uzunmüddətli toxluq hissi yaradır və qan şəkərinin sabit qalmasına kömək edir.

Milli.Az xəbər verir ki, bu barədə "Eating Well" nəşri yazır.

Çia toxumu arıqlamağa necə kömək edir?

Yüksək lif tərkibi

Dietoloq Eliza Uitakerin izahına görə, cəmi 2 yemək qaşığı çia toxumu təxminən 10 qram qida lifinə malikdir.

Lif həzmi yavaşladır və daha uzun müddət tox qalmanıza kömək edir. Bu da qəlyanaltıların və ümumi kalori qəbulunun azalmasına, nəticədə isə arıqlamaya səbəb ola bilər.

Xüsusilə su ilə şişərək mədədə dolğunluq yaradan həll olunan liflərlə zəngindir. Bu toxluq hissi sizi nəzarətsiz yemək vərdişindən qoruyaraq kalori qəbulunu azaldır.

Omega-3 yağ turşuları ilə zəngindir

Omega-3 yağ turşularının qəbulu arıqlama prosesinə dəstək ola bilər. Çia toxumları bu sağlam yağların əla mənbəyidir və az miqdarı belə kifayət edir.

Qadınların gündə təxminən 1.1 qram, kişilərin isə 1.6 qram omega-3 yağ turşusuna ehtiyacı var. Cəmi 1 yemək qaşığı çia toxumu isə 1.3 qram təmin edir.

Omega-3 yağları həzmi ləngidir, toxluq hissini uzadır və bu da qəlyanaltılara ehtiyacı azaldır.

Bitki mənşəli proteinlə zəngin

İki yemək qaşığı çia toxumu təxminən 5 qram bitki mənşəli protein ehtiva edir. Lif, sağlam yağlar və protein kombinasiyası qan şəkərinin daha stabil qalmasına kömək edir.

Qan şəkərinin sabit qalması gün ərzində iştahın daha yaxşı tənzimlənməsinə səbəb olur ki, bu da arıqlamaq istəyənlər üçün vacibdir.

Aşağı kalorili və qidalandırıcıdır

Çia toxumları az kalorili olsa da, çox qidalandırıcıdır. Cəmi 2 yemək qaşığında təxminən 4 qram protein, 5 qram omega-3 yağ turşusu və müxtəlif vitamin-minerallar mövcuddur.

Smuziyəyə necə düzgün əlavə etmək olar?

Yüksək lifli hər bir qidada olduğu kimi, çia toxumunun istifadəsinə az miqdarda başlamaq və tədricən artırmaq tövsiyə olunur. Əvvəlcə 1-1,5 yemək qaşığı ilə başlayın.

Bu miqdar sağlam yağlar, lif və proteinlə zəngindir, eyni zamanda smuzinin dadını və teksturasını pozmur. Əgər hamar konsistensiya istəyirsinizsə, toxumları əvvəlcədən təxminən 10 dəqiqə suda isladın, sonra blenderə əlavə edin.

Kənan
Milli.Az

Chosen
39
6
milli.az

10Sources