EN

"Mançester Siti"də oyunçuların sayı həddindən artıq çoxdur" - Pep Qvardiola

Pep Qvardiola “Mançester Siti”də bir sıra futbolçuların satışına ümid edir.

Sportal.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi bu gün keçirilən "Vulverhempton"(0:4) matçından sonra bir sıra maraqlı açıqlamalar verib:

"Bizdə oyunçu sayı həddindən artıq çoxdur. Söhbət Edersondan getmir. Bu gün Rodri, Foden, Kovaçiç, Savio, Qvardiol yox idi, ehtiyatda isə Ake, Gündoğan otururdu. Mən heyətin dərin olmasını və bütün turnirlərdə mübarizə aparmağa imkan yaratmasını xoşlayıram, amma futbolçuları evdə saxlamağı sevmirəm. Bu, sağlam vəziyyət deyil. Belə olanda uğur uğrunda mübarizə aparmaq üçün yaxşı atmosfer yaratmaq olmur.

Klub bunu ötən mövsümdən bilir, amma vəziyyət belədir. Biz heyəti azaltmaq istəyirik, çünki komandada yaxşı atmosferi qorumaq çətin olacaq".

saytlarin hazirlanmasi

Chosen
16
31
sportal.az

10Sources