EN

"Mançester Siti" darmadağınla qalib gəldi

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Vulverhempton" öz meydanında "Mançester Siti"ni qəbul edib.

Azreform.info xəbər verir ki, qonaqlar 4:0 hesabı ilə qələbə qazanıb.

Matçın ilk qolunu 34-cü dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Holand vurub. Üç dəqiqə sonra yarımmüdafiəçi Teyani Reynders qonaqların üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə Holand dubla imza atıb. 81-ci dəqiqədə "Mançester Siti"nin yeni oyunçusu Rayan Şerki oyunda son nöqtəni qoyub.

Chosen
115
50
azreform.info

10Sources