BAKI, 17 avqust. TELEQRAF
Fransa Ukraynanın demilitarizasiyasının əleyhinədir və bu ölkənin silahlı qüvvələrinin gücləndirilməsini təhlükəsizliyin təminatlarından biri hesab edir
Teleqraf xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazirin nümayəndəsi Benjamin Haddad “La Tribune Dimanche” qəzetinə müsahibəsində deyib .
Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli ilə bağlı sazişə “Kiyev üçün aydın təhlükəsizlik təminatları” daxil edilməlidir. O qeyd edib ki, Fransa bu zəmanətləri Britaniya və “istəklilərin koalisiyası” ilə birlikdə hazırlayır.
“Bu, ilk növbədə, güclü Ukrayna ordusunun olmasını tələb edəcək, ona görə də Ukraynanı demilitarizasiya etmək niyyəti qəbuledilməzdir”, - deyə Həddad bildirib.
O əlavə edib ki, is“təklilər koalisiyasına” daxil olan ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.