İndoneziya sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib.
Qəsəbədə 50 minə yaxın insan yaşayır. Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.