EN

Serbiya QARIŞDI

Avqustun 17-nə keçən gecə Serbiyanın bir sıra şəhərlərində polisə hücumlar və binaların yandırılması ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

Onun sözlərinə görə, ən ciddi vəziyyət dörd minə yaxın insanın küçələrə çıxdığı Valyevo şəhərində olub. Etirazçılar hakim Serb Tərəqqi Partiyasının ofisini yandırıb və dağıdıblar.

"Xoşbəxtlikdən içəridə heç kim yox idi", - Daçiç deyib.

Aksiya iştirakçıları şəhər rəhbərliyinə də pirotexniki vasitələr atıb, məhkəmə və prokurorluq binalarına ziyan vurublar. Valevoda baş verən qarşıdurma nəticəsində bir polis əməkdaşı yaralanıb. Ümumilikdə iğtişaş törədən 18 nəfər saxlanılıb.

Belqradda təxminən 1300 nəfər küçələrə çıxaraq polis əməkdaşlarına molotof kokteyli ilə hücum edib. Novi Sadda 500-ə yaxın etirazçı toplaşıb.

Chosen
17
2
publika.az

10Sources