EN

Fitso: Sülh sazişi Rusiya üçün təhlükəsizlik zəmanətlərini əhatə etməlidir

BAKI, 17 avqust. TELEQRAF

Ukrayna müharibəsinin nəticələrinə dair sülh sazişi Rusiya üçün təhlükəsizlik zəmanətlərini əhatə etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə bəyanatı Slovakiyanın Baş naziri Robert Fitso öz feysbuk səhifəsində paylaşıb.

Videomüraciətində siyasətçi Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Alyaskada keçirilmiş danışıqları yüksək qiymətləndirib.

“Ukraynada müharibənin tarixi kökləri var və biz həm Ukrayna, həm də Rusiya üçün təhlükəsizlik zəmanətləri haqqında eyni şəkildə danışmalıyıq”, - baş nazir bildirib.

Fitso həmçinin Qərb ölkələrinin Ukrayna müharibəsi ilə bağlı artıq vahid ümumi mövqeyə malik olmadığını söyləyib.

"Alyaskada keçirilən sammit bir neçə vəzifəni yerinə yetirdi. İlk dəfə olaraq o, Ukraynadakı hərbi münaqişəyə ağ-qara baxışı kənara qoydu. Görüş Bayden administrasiyasının qətiyyətlə irəli sürdüyü və Avropa İttifaqındakı (Aİ) nüfuzlu oyunçular qrupunun hələ də dəstəklədiyi vahid məcburi mövqeyi silmiş oldu", - o vurğulayıb.

Fitsonun sözlərinə görə, sammit köhnə qitə ilə Rusiya arasında yeni dəmir pərdə istəyən Avropa liderləri üçün güzgü rolunu oynadı. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya rəhbərliyinə qarşı sanksiyalar müharibəni dayandırmağa kömək etməyəcək.

Chosen
107
50
teleqraf.com

10Sources