EN

Türkiyənin ötən il İraqa ixracı 13 milyon dollara çatıb - Nazir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.

Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb.

Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb. Bu platformalarda ikitərəfli ticarətə təsir edən bütün məsələlər müzakirə edilir, ixrac imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər dəyərləndirilir. Nazir bildirib ki, bu çərçivədə dövlət qurumları ilə yanaşı özəl sektor nümayəndələrinin iştirakı ilə də mütəmadi görüşlər keçirilir.

Nazir əlavə edib ki, sərbəst zonalarda infrastruktur baxımından hazır vəziyyətdə olan torpaqlarda yeni sərmayə tələblərinin qarşılanması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, nazirliyin dəstəkləri beynəlxalq markalaşma, dizayn, bazara çıxış strategiyaları, sərgilərdə iştirak və klaster əsaslı əməkdaşlıq layihələrini də əhatə edir.

Qeyd edək ki, 2023-cü ildə İraq, Türkiyənin ən çox ixrac etdiyi ölkələr arasında 12,8 milyard dollarlıq göstərici ilə üçüncü, 2024-cü ildə isə 13 milyard dollarla dördüncü yerdə olub. Yalnız sərbəst zonalardan İraqa 2023-cü ildə 325,3 milyon dollarlıq ixrac reallaşdırılıb.

Chosen
35
50
turkic.world

10Sources