Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində azı 8 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.
News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə avqustun 16-da Pekin vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 18:00) şəhərin Bayan Nur dairəsindəki turist düşərgəsində baş verib.
Hakimiyyət orqanları itkinlərin axtarışına xilasediciləri səfərbər edib.