Misli Premyer Liqasında ilk turun qarşılaşmaları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün tək oynanılacaq. "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edəcək.
"Kimyaçılar"ın baş məşqçisi Saşa İliç bu görüşdə yeni komandasında debüt edəcək.
"Kəpəz" də mövsümlərarası fasilədə baş məşqçisini dəyişib. Gəncə təmsilçisi yenidən Adil Şükürova tapşırılıb.
Qeyd edək ki, bu gün keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu Ağdam klubunun avrokuboklardakı çıxışına görə təxirə salınıb.
Misli Premyer, Liqası, I tur
17 avqust (bazar)
20:30 “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu