EN

Azərbaycanın futbol millisi Füzuli və Şuşa şəhərlərinə səfər edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət milli futbol komandası “Zəfər yolu” sosial layihəsi çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edib.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, onlar səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar. Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.

Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
50
azertag.az

10Sources