EN

Azərbaycan millisi Qarabağa səfər etdi

BAKI. 17 avqust. TELEQRAF

Qadınlardan ibarət Azərbaycan milli komandası işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfər əsnasında komanda üzvləri Füzuli şəhər sakinləri ilə görüşərək, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar.

Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.

Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib.

Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.

Chosen
35
15
teleqraf.com

10Sources