EN

Qazaxıstanda ilk meteoroloji raketin uçuş sınaqları keçiriləcək

Qazaxıstan bu il ilk dəfə hazırlanmış meteoroloji raketin uçuş sınaqlarını həyata keçirməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyinə ölkənin Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti məlumat verib.

Nazirliyin açıqlamasına görə, hazırda Aerokosmik Komitənin tabeliyində olan müvafiq qurumlar tərəfindən raketin sınaq nümunəsinin hazırlanması istiqamətində elmi-tədqiqat işləri aparılır. Uçuş sınaqlarının 2025-ci il üçün planlaşdırıldığı bildirilir.

Kənan
Milli.Az

Chosen
41
13
milli.az

10Sources