EN

KİV: Kral III Çarlzın səhhəti kəskin pisləşib

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın səhhəti son aylar xeyli pisləşib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Radar Online” portalı mənbələrə istinadən məlumat yayıb.

“Son aylar onun səhhəti xeyli pisləşib. Əsa sadəcə kral portreti üçün ənənəvi aksessuar deyil, zərurətə çevrilib”, – nəşrin mənbəsi bildirib.

Böyük Britaniya kralının Norfolkdakı malikanəsinin ətrafında çətinliklə hərəkət etməyə başladığı, həmçinin xəstəlikdən ağrıları aradan qaldırmaq üçün spirtli içkilərdən istifadə etdiyi vurğulanır.

Chosen
70
9
nocomment.az

10Sources