EN

“Turan Tovuz” qalib gəldi

Misli Premyer Liqasının I turunda “Turan Tovuz” “İmişli”nin qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan oyun ölkəmizin Qərb regionu təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb–1:0.

Dünən keçirilən günün ikinci matçında “Neftçi” paytaxtda “Şamaxı”nı qəbul edib. “Neftçi Arenada” baş tutan oyunda 1:1 hesablı nətəciə qeydə alınıb.

Qeyd edək ki, avqustun 15-də “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçirilmiş açılış oyununda bərabərlik qeydə alınıb – 1:1. Turun digər qarşılaşmaları bu gün və avqustun 19-da keçiriləcək. Avqustun 17-nə təyin edilmiş “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Qabil YUSİFOĞLU
XQ

Chosen
87
11
xalqqazeti.az

10Sources