Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Şərəf" ordenli V.Babanlı Qazax rayon Birinci Şıxlı kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, V.Babanlı dünən 98 yaşında dünyasını dəyişib.
O, həmçinin "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.