Ötən mövsümün sonlarında zədələnən Aleksey İsayev əməliyyat olunmuşdu.
O vaxtdan yaşıl meydanlardan kənar qalan futbolçudan yeni xəbər var.
Sportinfo.az xəbər verir ki, İsayev komandanın həkim və fizioterapevtlərinin nəzarəti altında reabilitasiya dövrü keçir.
Gələn aydan isə artıq fərdi məşqlərə başlayacaq.
Aleksey İsayev zədə səbəbindən ölkə kubokunun finalını və milli komandanın iyun toplanışını buraxmalı olmuşdu.