EN

Melaniya Trampın Putinə yazdığı məktubun mətni açıqlandı 

Ulusal.az Fox News telekanalına istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Trampın əri Donald Tramp vasitəsilə Rusiya prezidenti Vladimir Putinə ünvanladığı “sülh məktubu”nun mətni dərc edilib.

Məktubda Melaniya Tramp vurğulayıb ki, “hər bir uşaq qorxudan azad, sevgi, fürsət və təhlükəsizlik arzusundadır” və liderlərin borcu gələcək nəsillərin ümidlərini reallaşdırmaqla “hamı üçün ləyaqət dünyası qurmaqdır”.

Birinci xanım bildirib ki, “hər həyatın başlanğıcındakı saflıq və məsumluq coğrafiya, siyasət və ideologiyadan üstündür”. Onun sözlərinə görə, müasir dünyada bəzi uşaqlar gələcəklərini əlindən ala biləcək qüvvələrə səssizcə müqavimət göstərmək məcburiyyətində qalırlar.

Melaniya Tramp qeyd edib ki, Putin uşaqlara “melodik gülüşləri təkbaşına qaytara bilən” şəxs ola bilər və bu, yalnız Rusiyaya deyil, bütün bəşəriyyətə xidmət edəcək.

Chosen
95
47
moderator.az

10Sources